Bakı. 3 mart. REPORT.AZ/ İsrail baş naziri Benyamin Netanyahunun sözlərinə görə, Birləşmiş Ştatlar və İsrail İranın nüvə silahı istehsal etmək planlarının qarşısının alınmasının zəruriliyinə dair razılığa gəlsə də, buna nail olmağın yolları barədə razılaşa bilməyib.
"Report"un Amerikanın Səsi-nə istinadən verdiyi xəbərə görə, Baş nazir bu açıqlamanı ABŞ Konqresində edəcəyi müraciətindən bir gün əvvəl verilb. Netanyahunun Konqresə dəvəti ABŞ-da mübahisələrə səbəb olub, çünki Ağ Evlə razılaşdırılmayan bu səfər cənab Netanyahu ilə ABŞ prezidenti Barak Obama arasında münasibətlərin gərginliyinu gündəmə gətirir.
Netanyahu hesab edir ki, ABŞ-la fikir ayrılıqları artmaqdadır, çünki Vaşinqton öz təhlükəsizliyindən narahat olduğu halda, İsrail mövcudiyyətinə təhlükədən narahatdır.