Bakı. 18 yanvar. REPORT.AZ/ Kanar adaları istisna olmaqla, İspaniyanın bütün ərazisində anomal şaxtalı hava səbəbindən fövqəladə vəziyyət elan edilib.
"Report" İspaniya KİV-inə istinadən xəbər verir ki, ölkənin meteorologiya xidməti Kataloniya və Araqonun bəzi bölgələrində havanın temperaturunun -12 dərəcəyə qədər aşağı düşdüyünü bildirib. Üstəlik, bu gecə Pireney yarımadasının bəzi yerlərində və İberiya dağ sistemində havanın tempraturunun gecə -15 dərəcəyə düşəcəyi gözlənilir.
Hidrometeoroloqlar həmçinin əhaliyə güclü qar yağışı və külək olacağı ilə bağlı xəbərdarlıq edib. Ölkənin dağlıq ərazilərində qar uçqunun olması ehtimalı yüksək qiymətləndirilir.