İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan ediləcək

Digər ölkələr
  • 02 sentyabr, 2016
  • 18:39
İslam Kərimovun vəfatı ilə əlaqədar Özbəkistanda 3 günlük matəm elan ediləcək

Bakı. 2 sentyabr. REPORT.AZ/ Sentyabrın 3-də Özbəkistanda prezident İslam Kərimovun ölümü ilə bağlı 3 günlük matəm elan ediləcək.

"Report"un "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkə parlamentinin və hökumətinin yerli televiziya ilə yaydığı məlumatda deyilir.

"3 sentyabr 2016-ci ildən respublikada üçgünlük matəm elan edilsin və Özbəkistanın bütün ərazisində matəm tədbirləri keçirilsin" – deyə məlumatda deyilir.

Bununla yanaşı, bir ay müddətində əhalinin, müəssisələrin, təşkilatların, təhsil müəssisələrinin və geniş ictimaiyyətin fikirlərini nəzərə alaraq Özbəkistan Respublikasının birinci prezidenti İslam Kərimovun xatirəsinin əbədiləşdirilməsi üzrə təkliflər veriləcək.