İŞİD Tacikistanda əcnəbilərə hücuma görə məsuliyyəti üzərinə götürüb - VİDEO

İŞİD Tacikistanda əcnəbilərə hücuma görə məsuliyyəti üzərinə götürüb - VİDEO Bakı. 30 iyul. REPORT.AZ/ İŞİD Tacikistanda əcnəbilərə hücuma görə məsuliyyəti üzərinə götürüb.
Digər ölkələr
30 İyul , 2018 23:36
İŞİD Tacikistanda əcnəbilərə hücuma görə məsuliyyəti üzərinə götürüb - VİDEO

Bakı. 30 iyul. REPORT.AZ/ İŞİD Tacikistanda əcnəbilərə hücuma görə məsuliyyəti üzərinə götürüb.

"Report" xəbər verir ki, bu barədə "Life.ru" ekstemistlərin fəallığının monitorinqini aparan "SITE Intelligence Group"a istinadən məlumat yayıb.

Hadisə Xatlon vilayətinin Danqarinsk rayonunda baş verib. İçində 4 nəfərin olduğu avtomobil velosipedlə hərəkət edən turistləri vurub. Nəticədə 3 turist hadisə yerində, daha bir nəfər isə xəstəxanada ölüb. Hadisə zamanı habelə daha 3 nəfər xəsarət alıb. 

Ölənlərdən 2-i ABŞ vətəndaşıdır. Hadisə zamanı habelə İsveçrə və Niderland vətəndaşları da ölüblər. 

Son xəbərlər

Orphus sistemi