Yuxarı

​İŞİD Liviyanın qədim Sabrata şəhərini ələ keçirib

Şəhərdə antik dövrün abidələri yerləşir

Bakı. 12 dekabr. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) silahlıları Liviyanın Sabrata şəhərini ələ keçiriblər. Dünya ictimaiyyəti terrorçuların şəhərin Roma imperiyası dövrünə aid tikili və abidələrinin olduğu qədim hissəsini məhv edəcəklərindən ehtiyatlanır.

"Report" xəbər verir ki, bu barədə "The Telegraph" nəşri yazıb.

Sabrata şəhəri YUNESKO-nun Dünya Mədəni İrs siyahısına daxil edilib.

Bununla yanaşı, Sabrata şəhərinin paytaxt Tripolidən 50 km. məsafədə yerləşməsi hakimiyyət üçün təhlükə yaradır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi