İŞİD liderinin yeri barədə xəbər yayılıb

İŞİD liderinin yeri barədə xəbər yayılıb O, 8 aydır heç yerdə görünməyib
Digər ölkələr
3 Noyabr , 2016 13:50
İŞİD liderinin yeri barədə xəbər yayılıb

Bakı. 3 noyabr. REPORT.AZ/ Terrorçu İŞİD qruplaşmasının lideri Əbubəkir əl-Bağdadinin İraqın Telafər və ya Bac bölgələrindən birində olduğu müəyyənləşib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Mosulun azad edilməsi əməliyyatında iştirak edən “Altın güclər”in komandanı, general-mayor Fazil Bervari bildirib.

Onun sözlərinə görə, əl-Bağdadi Bac və ya Telafər rayonlarında terrorçulara başçılıq edir. O, 8 aydır heç yerdə görünməyib.

Xatırladaq ki, bundan əvvəl əl-Bağdadinin Mosul şəhərində olduğu haqda xəbər yayılmışdı. Ötən günkü videomüraciətindən sonra İŞİD başçısının yeri barədə məlumat yayılıb. 

Son xəbərlər

Orphus sistemi