İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb

İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb Bakı. 25 aprel. REPORT.AZ/ İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb.
Digər ölkələr
816
25 Aprel , 2018 05:59
İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb

Bakı. 25 aprel. REPORT.AZ/ İraqın Olimpiya Komitəsi sədrinin müavini oğurlanıb.

"Report" xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə Kərbəladan Bağdada gedən yolda baş verib. Cinayətkarlar komitə sədrinin müavini Bəşər Mustafanın olduğu avtomobili saxlayaraq, onu özləri ilə aparıblar.

Oğruların əynində təhlükəsizlik qüvvələrinin formaları olub. Hüquq-mühafizə orqanları cinayətkarların axtarışına başlayıb.

Son xəbərlər

Orphus sistemi