İraq Hərbi Hava Qüvvələri İŞİD-in 8 komandirini məhv edib

İraq Hərbi Hava Qüvvələri İŞİD-in 8 komandirini məhv edib F-16 təyyarələri Anbar və Havicada hava hücumları zamanı onlarla terrorçunu zərərsizləşdirib
Digər ölkələr
23 Dekabr , 2015 16:33
İraq Hərbi Hava Qüvvələri İŞİD-in 8 komandirini məhv edib

Bakı. 23 dekabr. REPORT.AZ/ İraq Hərbi Hava Qüvvələri "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşmasının səkkiz komandirini məhv edib.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, F-16 təyyarələri Anbar və Havicada hava hücumları zamanı onlarla terrorçunu zərərsizləşdirib və onlar arasında səkkiz komandir də olub. Hərbçilər yerli telekanala açıqlamasında bu məlumatı verərərək əməliyyatın gedişatı və öldürülən yaraqlı komandirlərin kimliyi barədə heç nə deməyib.

Qeyd edək ki, İraq Silahlı Qüvvələri çərşənbə axşamı Anbar vilayətində ər-Ramadi şəhərinin İŞİD terrorçularından təmizlənməsi əməliyyatına başlayıb. İraq ordusunun rəsmi nümayəndəsi Rəsul Yəhya Abdullahın məlumatına görə, şəhərin yenidən ələ keçirilməsi üçün edilən hücuma İraq HHQ, koalisiya təyyarələri, Anbar vilayətinin polisləri və tayfaların nümayəndələri dəstək verir.

Son xəbərlər

Orphus sistemi