İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra 40 nəfər saxlanılıb

İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra 40 nəfər saxlanılıb Polis diplomatik nümayəndəliyə hücumla bağlı araşdırma aparır
Digər ölkələr
3 Yanvar , 2016 17:08
İranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumdan sonra 40 nəfər saxlanılıb

Bakı. 3 yanvar. REPORT.AZ/ İran polisi Tehranda Səudiyyə Ərəbistanı səfirliyinə hücumda şübhəli bilinən 40 nəfəri saxlayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə "Frans Press" agentliyi məlumat yayıb. Agentlik yerli hakimiyyətdəki mənbəsinə istinədən bildirib ki, polis səfirliyə hücum işi üzrə 40 nəfəri saxlayıb. 

Qeyd edək ki, ötən gecə Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib. Aksiya iştirakçıları Səudiyyə Ərəbistanında şiə alimi Nimr əl-Nimrin edam edilməsinə etiraz olaraq diplomatik nümayəndəliyin qarşısına toplaşıblar. Polis aksiya iştirakçılarını hadisə yerindən uzaqlaşdıra bilib.

Xatırladaq ki, yanvarın 2-də edam edilən Nimr əl-Nimr kütləvi etiraz aksiyalarını və iğtişaşları qızışdırmaq ittihamı ilə 2012-ci il iyulun 8-dən Krallıqda həbsdə saxlanılıb. Məhkəmənin edam qərarı isə 2014-cü ilin oktyabrında verilmişdi.

Səudiyyə Ərəbistanında dünən şiə alimi ilə yanaşı, daha 46 nəfər terrorizmdə və ya terrora yardım göstərməkdə ittiham edilərək edam olunub.

Son xəbərlər

Orphus sistemi