Yuxarı

İran prezidenti: "Nüvə proqramı üzrə qarşıdakı danışıqlar mürəkkəb olacaq"

Yekun müqavilə əldə olunana qədər çətin yolları qət etmək lazımdır

Bakı. 13 aprel. REPORT.AZ/ Aprelin əvvəlində Lozannada İranın nüvə proqramı üzrə bir sıra razılaşmaların əldə olunmasına baxmayaraq, ümumi razılaşmanın əldə olunması üçün Tehran və "altılıq" ölkələrini təmsil edən beynəlxalq vasitəçilərin qarşıdakı danışıqları mürəkkəb olacaq. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İran prezidenti Həsən Ruhani bildirib. 

"Lozannada danışıqlar zamanı biz bəzi razılaşmalar əldə etdik və yekun müqavilə əldə olunana qədər çətin yolları qət etməliyik", - H.Ruhani İran parlamentinin üzvləri ilə görüşdə qeyd edib. 

Aprelin əvvəlində Lozannada əldə olunan razılaşmalara əsasən, İranın uranın zənginləşdirilməsi üzrə istehsal obyektlərinin üçdə ikisinin fəaliyyəti 10 il ərzində dayandırılacaq. Bundan başqa, İran bütün proqramlarını 25 il ərzində beynəlxalq nəzarətə təqdim etməlidir. "Altılıq" ölkələri və İran 30 iyuna qədər nüvə proqramı üzrə danışıqları yekunlaşdırmaq niyyətindədir. Bununla yanaşı, Aİ əldə olunan razılaşmaların yerinə yetirilməsi zamanı İrana qarşı sanksiyaları aradan qaldıracaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi