İndoneziyada koronavirusa yoluxanlar çoxalır

İndoneziyada koronavirusa yoluxanlar çoxalır İndoneziyada son gündə COVID-19-a yoluxanlar 1 111 nəfər artaraq 36 404 nəfərə çatıb.
Digər ölkələr
12 İyun , 2020 13:56
İndoneziyada koronavirusa yoluxanlar çoxalır

İndoneziyada son gündə COVID-19-a yoluxanlar 1 111 nəfər artaraq 36 404 nəfərə çatıb.

“Report” “The Jakarta Post”a istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirliyin Xəstəliklərə Nəzarət və Qarşısını alma Departamerntinin baş direktoru Əhməd Yurianto mətbuat konfransı zamanı ölənlərin sayının 48 nəfər artaraq 2 048 nəfərə çatdığını açıqlayıb.

Qeyd edək ki, pandemiyanın başladığından sonrakı dövrdə ölkədə cəmi 13 213 nəfər sağalıb ki, bu da yoluxanların 36,3 faizi deməkdir.

Son xəbərlər

Orphus sistemi