İndoneziya polisi prezident sarayını partlatmaq planının qarşısını alıb

İndoneziya polisi prezident sarayını partlatmaq planının qarşısını alıb Əgər partlayıcı qurğu işə düşssəydi, 300 metr radiusunda hər şeyi dağıdardı
Digər ölkələr
11 Dekabr , 2016 08:02
İndoneziya polisi prezident sarayını partlatmaq planının qarşısını alıb

Bakı. 11 dekabr. REPORT.AZ/ İndoneziyanın xüsusi təyinatlı polis dəstəsi prezident sarayında partlayış hazırlamağı planlaşdırmaqda şübhəli bilinən 3 terrorçunu həbs edib.

"Report" xəbər verir ki, bu barədə "Jakarta Post" paytaxt polisinin rəsmi nümayəndəsi Arqo Yuvonoya istinadən məlumat yayıb.

Məlumata görə, onlar paytaxt Cakartanın şərq hissəsindəki Bekasi şəhərətrafısında saxlanılıblar. "Onlar dövlət başçısının mühafizəçilərinin dəyişməsi mərasimi zamanı prezident sarayında bomba partlatmağı planlaşdırırdı", - deyə "Jakarta Post" polis rəsmisindən sitat gətirib.

İndoneziya prezidentinin iqamətgahı hər ayın ikinci bazar günü mühafizəçilərin dəyişməsini görməyi arzu edən şəxslər üçün açılır.

Polisin sözlərinə görə, terrorçular üç kiloqram güclü partlayıcı maddədən istifadə etmək istəyiblər. "Əgər o işə düşssəydi, onda 300 metr radiusunda hər şeyi dağıda bilərdi", - deyə Yuvono əlavə edib.

Son xəbərlər

Orphus sistemi