Yəmənin husilərin nəzarətində olduğu ərazilərinə endirilən zərbələrin əsas hədəfi dron, raket, radar və müşahidə qurğularıdır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin müdafiə naziri Lloyd Ostinin
“Bu əməliyyat husilərin dənizçiləri təhlükə altına salmaq və dünyanın ən vacib su yollarından birində dünya ticarətini təhdid etmək imkanlarını pozmaq və dağıtmaq məqsədi daşıyır”, – Ostinin bəyanatında diqqətə çatdırılıb.
Onun sözlərinə görə, “koalisiyanın bugünkü əməliyyatları husilərə aydın mesajdır”:
“Qanunsuz hücumlarından vaz keçməsələr, bədəlini ödəməli olacaqlar”.
“Birləşmiş Ştatlar özünümüdafiə hüququnu özündə saxlayır və lazım gələrsə, Amerika qüvvələrini qorumaq üçün növbəti addımlar atacağıq”, – nazir vurğulayıb.