Yuxarı
    Bağlamaq

    Husilər Yəmən sərhədində Səudiyyə qüvvələri ilə toqquşublar

    Üç Səudiyyə hərbçisi həlak olub

    Riyaddan alınan xəbərlərdə deyilir ki, Yəmən-Səudiyyə Ərəbistanı sərhədində Səudiyyə qüvvələri ilə toqquşmalarda onlarca şiəməzhəb husi qiyamçısı öldürülüb.

    "Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, toqquşmalarhusilərinsərhəddəkiNəcranpostunahücumundansonrabaş verib. Husilər geri oturdulsalar da, üç Səudiyyə hərbçisi həlak olub.

    İran tərəfindən dəstəklənən husi qiyamçıları Ədən yaxınlığındakı Xor Maksar məntəqəsini tanklardan və pulemyotlardan atəşə tutublar.

    Bu arada Səudiyyə Ərəbistanının Yəmən boyunca husi mövqelərinə havadan raket zərbələri davam edir.

    Səudiyyə qırıcıları İran təyyarələrinin yardım gətirməsini önləmək üçün Sana hava limanını raket atəşinə tutublar.

    Xəbər verilir ki, Yəmənin şərqində sünni silahlı qruplaşmalarının cəmləşməsi başlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi