Honq Konqda müəllimlər də küçələrə çıxıb

Honq Konqda müəllimlər də küçələrə çıxıb Artıq on həftədir kütləvi etirazlara səhnə olan Honq Konqda gənclərə dəstək məqsədilə minlərlə müəllimin iştirak etdiyi etiraz aksiyası keçirilir.
Digər ölkələr
17 Avqust , 2019 14:58
Honq Konqda müəllimlər də küçələrə çıxıb

Artıq on həftədir kütləvi etirazlara səhnə olan Honq Konqda gənclərə dəstək məqsədilə minlərlə müəllimin iştirak etdiyi etiraz aksiyası keçirilir.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, əynində qara örtük olan minlərlə (təşkilatçıların məlumatına görə 22 minədək, hakimiyyətə görə 8300-dək) müəllim tufan və yağışlı havaya baxmayaraq şəhərin mərkəzi dairəsindəki meydanda toplaşaraq Şəhər Administrasiyasının rəhbəri Kerri Lemın evinə doğru polisin müşaiyətilə yürüşə başlayıblar. Əllərində “Sonrakı nəsilləri qoruyun!”, “Övladlarımıza güllə atmayın!” şüarları olan aksiya iştirakçıları əvvəlki nümayişlərdə çoxluq təşkil edən tələbələrlə həmrəylik bildirərək polis zorakılığına qarşı da etirazlarını ifadə ediblər.

İqamətgahın qarşısına çatan nümayişçilər əllərindəki şüarları qaldırıblar. Binaya giriş polisin nəzarətindədir. Nümayişçilər burada vərəqə qoyaraq ağ lentlər bağladıqdan sonra çıxıb gedirlər. Bütövlükdə aksiya dinc tərzdə və mütəşəkkil keçir.

Son xəbərlər

Orphus sistemi