Çinin xüsusi inzibati rayonu olan Honkonqda iki milyona yaxın etirazçı küçələrə çıxıb.
"Report" xəbər verir ki, bu barədə rayonun Mülki İnsan Hüquqları Cəbhəsinə istinadən CNN məlumat yayıb.
Polisin qiymətləndirməsinə görə, ilkin marşrut üzrə 338 min insan hərəkət edib. Həmçinin təşkilatçılar iddia edirlər ki, ümumilikdə iki milyona yaxın etirazçı olub.
Eyni zamanda qeyd olunur ki, etirazçılar nümayişlərin hökumət ekstradisiya haqqında qanunu tam olaraq geri götürməyincə, həbs olunmuş etirazçıları azad etməyincə və onların üzərindən ittihamı götürməyincə, eləcə də, baş katib Kerri Lemi istefaya getməyə məcbur etməyincə davam edəcəyini bildiriblər.