Hindistanda yaşayış evinin uçması nəticəsində 8 nəfər ölüb

Hindistanda yaşayış evinin uçması nəticəsində 8 nəfər ölüb Hindistanın qərbindəki Bxivandi (Maharaştra ştatı) şəhərində 3 mərtəbəli binanın uçması nəticəsində 8 nəfər ölüb.
Digər ölkələr
21 Sentyabr , 2020 06:46
Hindistanda yaşayış evinin uçması nəticəsində 8 nəfər ölüb

Hindistanın qərbindəki Bxivandi (Maharaştra ştatı) şəhərində 3 mərtəbəli binanın uçması nəticəsində 8 nəfər ölüb.

"Report" xəbər verir ki, bu barədə ANI agentliyi məlumat yayıb.  

Qeyd edilir ki, hadisə yerli vaxtla saat 4:00-da (Bakı vaxtı ilə saat 2:30-red) baş verib. Məlumata görə, yerli sakinlər təxminən 20 nəfəri xilas edib. Daha 20-25 nəfərin dağıntılar altında qaldığı ehtimal edilir.

Hazırda xilasedicilər axtarış-xilasetmə işlərini davam etdirirlər, əməliyyata təlim görmüş itlər cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi