Hindistanda yanğın nəticəsində 27 nəfər ölüb

Hindistanda yanğın nəticəsində 27 nəfər ölüb Hindistanın qərbindəki Qucarat ştatında oyun meydançasında baş verən yanğın nəticəsində 27 nəfər ölüb.
Digər ölkələr
26 May , 2024 04:41
Hindistanda yanğın nəticəsində 27 nəfər ölüb

Hindistanın qərbindəki Qucarat ştatında oyun meydançasında baş verən yanğın nəticəsində 27 nəfər ölüb.

"Report"un məlumatına görə, bu barədə NDTV kanalı xəbər yayıb.

Son məlumatlara görə, axtarış-xilasetmə əməliyyatı davam edir və yanğında ölən 27 nəfər arasında azı 9 uşaq da var.

Yanğın Rajkot şəhərindəki əyləncə parkında yerli sakinlər arasında məşhur olan oyun meydançasında baş verib. Hadisənin səbəbi hələ məlum deyil. Qucarat polisinin verdiyi məlumata görə, oyun meydançasının sahibləri saxlanılıb.

Son xəbərlər

Orphus sistemi