Hindistanda qoşqulu traktor kanala aşıb, 14 qadın və uşaq ölüb

Hindistanda qoşqulu traktor kanala aşıb, 14 qadın və uşaq ölüb Hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb
Digər ölkələr
25 İyun , 2018 02:56
Hindistanda qoşqulu traktor kanala aşıb, 14 qadın və uşaq ölüb

Bakı. 25 iyun. REPORT.AZ/ Hindistanın Telanqana ştatında 20-dən çox insanı daşıyan qoşqulu traktor kanala aşıb. Nəticədə 14 qadın və bir uşaq həlak olub.

“Report” xəbər verir ki, bu barədə polisə istinadən NDTV telekanalı məlumat yayıb.

Hadisə ştatın paytaxtı olan Heydərabaddan təqribən 70 km aralıda qeydə alınıb. İlkin məlumata görə, sürücü digər nəqliyyat vasitəsi ilə toqquşmadan yayınan zaman idarəetməni itirib.

Hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi