Hindistanın şərqindəki Carkhand ştatındakı Qarhva dairəsində ildırım düşməsi nəticəsində 9 nəfər ölüb, 23 nəfər xəsarət alıb.
Bu barədə "Report" "Hindustan Times"a istinadən xəbər verir.
Qeyd olunur ki, hadisə Loxarpurva kəndində baş verib. İldırımın 6 nəfərin altında oturduğu ağaca düşməsi nəticəsində onlar ölüblər. Daha 2 nəfər Qarhva xəstəxanasında keçinib.
Ştat rəhbərliyi ölənlərin hər birinin ailəsinə 5,6 min ABŞ dolları məbləğində təzminat ödəyəcəyinə və zərərçəkənləri lazımi müalicə ilə təmin edəcəyini söz verib.