Hindistanda baş verən yanğında azı 11 nəfər ölüb

Hindistanda baş verən yanğında azı 11 nəfər ölüb Hindistanın paytaxtı Yeni Delhinin şimalındakı Alipur bölgəsində baş verən yanğında azı 11 nəfər həlak olub.
Digər ölkələr
16 fevral 2024 05:30
Hindistanda baş verən yanğında azı 11 nəfər ölüb

Hindistanın paytaxtı Yeni Delhinin şimalındakı Alipur bölgəsində baş verən yanğında azı 11 nəfər həlak olub.

“Report” xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

Məlumata görə, yanğın boya zavodunda baş verib. Alov iki anbarı bürüyüb və yaxınlıqdakı müalicə mərkəzinə yayılıb.

Qeyd edilib ki, hadisə yerində yanğınsöndürənlər və xilasedicilər işləyir.

Bundan əlavə, bildirilib ki, azı dörd nəfər, o cümlədən bir polis yaralanıb.

Qeyd edilib ki, şahidlər yanğından əvvəl zavodda partlayış olduğunu iddia edir. Polis anbarda saxlanılan kimyəvi maddələrin partladığını güman edir.

Son xəbərlər

Orphus sistemi