Hindistanda çoxmərtəbəli binada yanğın baş verib, ölən və yaralananlar var

Hindistanda çoxmərtəbəli binada yanğın baş verib, ölən və yaralananlar var Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Hindistanın iqtisadi paytaxtı olan Mumbay şəhərinin cənubunda çoxmərtəbəli binaların birində güclü yanğın baş verib.
Digər ölkələr
22 Avqust , 2018 10:57
Hindistanda çoxmərtəbəli binada yanğın baş verib, ölən və yaralananlar var
ANI
0 : 00
0 : 00

Bakı. 22 avqust. REPORT.AZ/ Bu gün səhər saatlarında Hindistanın iqtisadi paytaxtı olan Mumbay şəhərinin cənubunda çoxmərtəbəli binaların birində güclü yanğın baş verib.

"Report" Hindistan KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin nümayəndəsi bildirib.

Yanğın "Crystal Tower" çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində başlayıb.

Hazırda hadisə yerinə 14 yanğınsöndürmə briqadası cəlb edilib. Məlumata görə, 4 nəfəri xilas etmək mümkün olub, eyni zamanda 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

Polis nümayəndəsinin sözlərinə görə, binada hələ də azı 10 nəfər qalıb və onlar yanğın çıxışındakı pilləkənlərdə sıxışıb qalıblar.

Son xəbərlər

Orphus sistemi