Yuxarı

​Hindistanda avtobus dərəyə aşıb, 10 nəfər ölüb

İnsident Mizoram ştatının cənub hissəsində baş verib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Ötən gün axşam Hindistanın şərqində avtobus dərəyə aşıb.

"Report" "Indian Express" nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində 10 nəfər ölüb, daha 9 nəfər yaralanıb.

İnsident Mizoram ştatının cənub hissəsində baş verib. Hadisə yerində xilasetmə işləri bütün gecə boyu davam etdirilib. Xəsarət alanların hamısı xəstəxanaya çatdırılıb, onlardan üçünün vəziyyəti ağırdır.

Polisin ilkin məlumatına görə, qəzaya avtobus sürücüsünün qarşı zolaqla hərəkət edən yük maşını ilə toqquşmadan qaçmaq istəməsi səbəb olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi