Yuxarı

Hindistan "Nestle"yə qarşı 100 milyon dollarlıq iddia qaldırıb

İsveçrə şirkəti haqsız rəqabət aparmaq və yanlış reklamla ictimaiyyəti aldatmaqda ittiham olunur

Bakı. 12 avqust. REPORT.AZ/ Hindistan hökuməti İsveçrənin "Nestle" şirkətinə qarşı 100 milyon dollarlıq iddia qaldırıb. "Report"un Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, dünyanın ən böyük qida məhsulları istehsalçılarından biri olan şirkət haqsız rəqabət aparmaq və yanlış reklamla ictimaiyyəti aldatmaqda ittiham olunur. İşə Hindistanın milli istehlakçılar arasında münaqişələri həll edən komissiyada (NCDRC) baxılacaq. Şikayət ərizəsində təzminatın hamısı ödənilənədək yaranan zərər üçün də əlavə 18 faiz verilməsi tələb edilib. Ancaq ölkədə Çin əriştəsi bazarının 80 faizini əlində saxlayan "Nestle" ittihamları rədd edərək kassasiya məhkəməsinə müraciət edib. Şirkətdən şikayət ərizəsini görmədən hər hansı bir açıqlama verilməyəcəyi bildirilib.

Qeyd edək ki, Hindistan hökuməti bu ilin iyun ayında çoxsaylı şikayətlər səbəbindən yüzdən çox nümunəni laboratoriyaya göndərib və məhsullarda yüksək miqdarda qurğuşun tapılıb. Nəticədə "Nestle"nin "Maggi Instant Noddle" məhsullarının satışı dayandırılıb və şirkət də 400 milyon ton məhsulu məhv edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi