Hillari Klinton ABŞ prezidenti kürsüsü uğrunda mübarizədə rəqibindən bir qədər irəlidədir

Hillari Klinton ABŞ prezidenti kürsüsü uğrunda mübarizədə rəqibindən bir qədər irəlidədir Proqnozlara görə, seçicilərin 48,5% Hillari Klinton, 45,4% isə Donald Trampı dəstəkləyəcək
Digər ölkələr
7 Noyabr , 2016 19:15
Hillari Klinton ABŞ prezidenti kürsüsü uğrunda mübarizədə rəqibindən bir qədər irəlidədir

Arizona. 7 noyabr. REPORT.AZ/ ABŞ-da seçkilərə bir gün qalmış Demokratlar Partiyasının namizədi Hillari Klinton prezident postu uğrunda mübarizədə rəqibindən bir qədər irəlidədir.

"Report"un verdiyi xəbərə görə, bu barədə müxtəlif sorğulara əsaslanan "Fivethirtyeight.com" portalının proqnozunda bildirilir.

Məlumata görə, seçicilərin 48,5% Hillari Klinton, 45,4% isə Respublikaçılar Partiyasının namizədi Donald Trampı dəstəkləyəcək. Beləliklə, H.Klintonun seçicilərdən 293, D.Tramrın isə 243 səs alacağı etimal edilir. Qələbə üçün namizəd 270 səs yığmalıdır.

Bundan əvvəl ABŞ-ın Federal Təhlükəsizlik İdarəsi bildirib ki, H.Klintonun elektron yazışmasına dair işə xitam verilib.

Xatırladaq ki, ABŞ-da seçkilər noyabrın 8-də keçiriləcək.  

Son xəbərlər

Orphus sistemi