HƏMAS İsraillə barışığa ilkin razılıq verib

HƏMAS İsraillə barışığa ilkin razılıq verib HƏMAS və Misir nümayəndələri Qəzza zolağında ABŞ Prezidenti Cozef Baydenin səsləndirdiyi mərhələli atəşkəs razılaşmasının ilkin razılığı bildiriblər.
Digər ölkələr
7 İyul , 2024 00:58
HƏMAS İsraillə barışığa ilkin razılıq verib

HƏMAS və Misir nümayəndələri Qəzza zolağında ABŞ Prezidenti Cozef Baydenin səsləndirdiyi mərhələli atəşkəs razılaşmasına ilkin razılığı bildiriblər.

“Report”un xəbərinə görə, bu barədə “Associated Press” agentliyinə anonimlik şərtilə məlumat verilib.

"Vaşinqtonun formulasına dair mərhələli razılaşma, bir neçə yüz fələstinli məhbusun sərbəst buraxılması müqabilində qadınlar, yaşlılar və yaralılar da daxil olmaqla bir sıra girovların sərbəst buraxılmasına imkan verərək altı həftəlik tam atəşkəsi əhatə edəcək", - mənbə deyib.

Məlumata görə, birinci mərhələdə İsrailin Silahlı Qüvvələri Qəzza zolağının sıx məskunlaşdığı ərazilərdən qoşunlarını çıxarmalı, həmçinin cənuba köçürülən şəxslərin evlərinə qayıtmasına icazə verməli olacaq.

Əməliyyatın ilk mərhələsinin həyata keçirilməsinin mümkün olacağı bildirilir, çünki HƏMAS İsrail Ordusunun Qəzzadan tam çıxarılması tələblərindən imtina edib.

HƏMAS və İsrail nümayəndələrinin altı həftə ərzində sazişin ikinci mərhələsinin şərtləri ilə bağlı danışıqları davam etdirmələri gözlənilir.

Son xəbərlər

Orphus sistemi