HƏMAS 13 İsrailli girovu və 7 əcnəbini BQXK-ya təhvil verib

HƏMAS 13 İsrailli girovu və 7 əcnəbini BQXK-ya təhvil verib Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşmasının 13 israilli girovu və 7 digər dövlət vətəndaşını təşkilat nümayəndələrinə təhvil verdiyini təsdiqləyib.
Digər ölkələr
26 Noyabr , 2023 03:50
HƏMAS 13 İsrailli girovu və 7 əcnəbini BQXK-ya təhvil verib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Fələstinin radikal HƏMAS hərəkatının silahlı qanadı olan “İzzəddin əl-Qəssam” qruplaşmasının 13 israilli girovu və 7 digər dövlət vətəndaşını təşkilat nümayəndələrinə təhvil verdiyini təsdiqləyib.

“Report” bu barədə TASS-a istinadən xəbər verir.

Bundan əvvəl Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məcid bin Məhəmməd əl-Ənsari “X” sosial şəbəkəsində Dohanın və Qahirənin vasitəçiliyi sayəsində mübadilə sazişinin həyata keçirilməsində bütün maneələrin aradan qaldırıldığını bildirib.

"Müəyyən gecikmədən sonra hər iki tərəflə Qətər-Misir təmasları sayəsində məhbusların azad edilməsinə maneələr aradan qaldırılıb. Bu gecə 39 fələstinli mülki vətəndaş azad ediləcək, 13 israilli girov və daha 7 əcnəbi Qəzzanı tərk edəcək", - əl-Ənsari yazıb.

İsrailli girovların ikinci qrupunda beş qadın və səkkiz uşaq var. Humanitar atəşkəs razılaşması çərçivəsində mübadilə ediləcək fələstinli məhbuslar arasında altı qadın və 33 uşaq var.

Son xəbərlər

Orphus sistemi