Kubada oteldə partlayışda ölənlərin sayı 22-yə, yaralıların sayı 66 nəfərə çatıb - VİDEO

Kubada oteldə partlayışda ölənlərin sayı 22-yə, yaralıların sayı 66 nəfərə çatıb - VİDEO Kubanın paytaxtı Havana şəhərində baş verən güclü partlayış nəticəsində Kapitoli ilə üzbəüz yerləşən “Saratoga” hotelinin binasını dağılıb.
Digər ölkələr
7 May , 2022 06:50
Kubada oteldə partlayışda ölənlərin sayı 22-yə, yaralıların sayı 66 nəfərə çatıb - VİDEO

Kubanın paytaxtı Havana şəhərindəki "Saratoqa" otelində ötən gün güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə Kuba Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 22-yə çatıb. Partlayış nəticəsində 66 nəfər müxtəlif xəsarətlər alıb.

“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.

03:01

Kubanın paytaxtı Havana şəhərində oteldə güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" xəbər verir ki, bu barədə Kuba hökumətinin tviter səhifəsində bildirilib.

Məlumata görə, hadisə zamanı ölənləri sayı 18-ə çatıb. "İlkin məlumata görə, Havananın mərkəzində "Saratoqa" otelində baş verən partlayışda hamilə qadın və uşaq da olmaqla həlak olanların sayı 18 nəfərə çatıb", - xəbərdə deyilir.  

Hadisə zamanı təxminən 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

07.05.2022. 22:20

Kubanın paytaxtı Havana şəhərində güclü partlayış nəticəsində ölənlərin sayı artıb.

"Report" "Haber Global"a istinadən xəbər verir ki, ölənləri sayı 8-ə çatıb.

Daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Partlayışın baş verdiyi otelin yaxınlığındakı məktəbdə uşaqlar təxliyə edilib.

Faktla bağlı araşdırmalar aparılır.

21:46

Kubanın paytaxtı Havana şəhərində güclü partlayış olub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində Kapitoli ilə üzbəüz yerləşən “Saratoga” otelinin binasını dağılıb.

Partlayışın səbəbi hələlik məlum deyil. Versiyalardan birinə görə, partlayış çəndən maye qaz vurularkən baş verib.

“Noticias Cuba” nəşrinin yazdığına görə, səhər saatlarında Kuba paytaxtını silkələyən güclü partlayış ciddi maddi ziyana səbəb olub və bir neçə nəfər yaralanıb. Sosial şəbəkələrdə hadisə yerindən yayılan görüntülərdə binanın xeyli dağıldığı görünür. Hadisə yerində xilasedicilər işləyir, dağıntılar təmizlənir, təxliyə aparılır.

“Saratoga” oteli Köhnə Havanada, Kapitoli ilə üzbəüz yerləşir. O, 1880-ci ildə tikilib və 2005-ci ildə yenidən təmir olunub.

Son xəbərlər

Orphus sistemi