Harris seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb

Harris seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb ABŞ-nin vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.
Digər ölkələr
22 İyul , 2024 00:48
Harris seçkilərdə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb

ABŞ-nin vitse-prezidenti Kamala Harris noyabrda keçiriləcək prezident seçkilərində Demokratlar Partiyasından namizədliyini irəli sürmək niyyətində olduğunu bildirib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baydenin seçki qərargahının mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

"Prezidentin dəstəyini almaqdan qürur duyuram və namizədliyi irəli sürmək niyyətindəyəm. Seçkilərə qədər 107 günümüz var. Birlikdə mübarizə aparacağıq və qalib gələcəyik", - Harris bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden prezidentlik yarışından geri çəkilib. O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib. Bundan sonra Bayden Demokratlar Partiyasından ABŞ lideri postuna namizəd kimi Kamala Harrisi dəstəkləyib.

Namizədlə bağlı yekun qərar Demokrat Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında veriləcək.

Son xəbərlər

Orphus sistemi