Haftar Liviyanı nəzarətə götürdüyünü açıqladı

Haftar Liviyanı nəzarətə götürdüyünü açıqladı Liviya Milli Ordusu bazar ertəsi ( 27 Aprel – Red) ölkəni nəzarətə götürdüyünü bəyan edib.
Digər ölkələr
27 Aprel , 2020 23:33
Haftar Liviyanı nəzarətə götürdüyünü açıqladı

Liviya Milli Ordusu bazar ertəsi ( 27 Aprel – Red) ölkəni nəzarətə götürdüyünü bəyan edib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Liviya Milli Ordusunun komandanı Marşal Xəlifə Haftar açıqlayıb.

“Silahlı Qüvvələrin Baş Komandanlığı ölkənin idarəçiliyini ələ keçirir və Şirat Sazişinin ləğv olunduğunu elan edir”.

Qeyd edək ki, Sahirat Sazişi 2015-ci ilin dekabr ayında Mərakeşin Sahirat şəhərində imzalanıb və özündə silahlı münaqişə tərəfləri arasında mövcud olan problemin siyasi yolla həllini ehtiva edir.

Bu, Liviyada hakimiyyətlərin qurulmasını təmin edən BMT-nin sülh planına əsaslanırdı. Nəticədə ölkədə Milli Razılıq Hökuməti və Prezident Şurası (Dövlət başçısının funksiyalarını yerinə yetirir - Red) yaradıldı. Hazırda hər iki quruma baş nazir Faiz Sərac rəhbərlik edir.

Razılaşmaya əsasən, bütün neft gəlirləri Tripolidəki Mərkəzi Banka daxil olmalı idi. Vəsait isə bölgənin inkişafı üçün deyil, hərbi texnikanın alınması və hərbçilərin məvacibinə xərclənməli idi. 

Son xəbərlər

Orphus sistemi