Niderland polisi Haaqada çoxmənzilli yaşayış binasında baş verən partlayışla əlaqədar dördüncü şübhəli şəxsi saxlayıb.
Bu barədə “Report” Niderlandın hüquq-mühafizə orqanlarının yaydığı məlumata istinadən xəbər verir.
"Haaqada baş verən dağıdıcı partlayışla əlaqədar polis dekabrın 11-də dördüncü şübhəli şəxsi həbs edib. Üç şübhəli şəxs isə bu həftənin əvvəlində (9 dekabr) həbs edilmişdi. Dördünə də yalnız vəkilləri ilə ünsiyyət qurmağa icazə verilib", - məlumatda qeyd olunub.
Xatırladaq ki, dekabrın 7-də Haaqada üçmərtəbəli binada partlayış baş verib. Hadisə nəticəsində dörd nəfər həlak olub.