Gideon Saar: Suriyada milli azlıq nümayəndəsi olmaq təhlükəlidir
Digər ölkələr
- 19 iyul, 2025
- 15:59
İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın bəyanatına cavab olaraq Suriyada "milli azlıq nümayəndəsi olmağın təhlükəli" olduğunu bildirib.
"Report" xəbər verir ki, onun sözlərini “The Times of Israel” qəzeti sitat gətirib.
Qeyd edilib ki, nazir bunu əş-Şaranın Suriya hökumətinin ölkədəki digər millətlərin nümayəndələrini müdafiə edəcəyi barədə bəyanatına cavab olaraq deyib.
"Əş-Şara dövründə Suriyada azlıq nümayəndəsi - kürd, druz, ələvi və ya xristian olmaq çox təhlükəlidir. Bu, son altı ay ərzində dəfələrlə təsdiqlənib", - G.Saar bildirib.
O vurğulayıb ki, beynəlxalq ictimaiyyət "ölkədə azlıqların təhlükəsizliyini və hüquqlarının qorunmasını təmin etməyə borcludur".
Son xəbərlər
13:28
"DPA": Almaniya İranla münaqişənin ilk həftələrində İsrailə silah ixracını təsdiqləyib
Digər ölkələr13:28
Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının üzvləri Ağalıda olub
İnfrastruktur13:26
Gədəbəydə körpə qızdırmadan ölüb - YENİLƏNİB
Hadisə13:22
Foto
Avropa çempionatı: Şəfəq Həmidova da yarımfinala yüksəlib - YENİLƏNİB-7
Fərdi12:51
"Qarabağ" - "Sabah" matçını FIFA referisi Elçin Məsiyev idarə edəcək
Futbol12:41
Azərbaycan Dünya Bankı və IMF-in toplantılarında iştirak edəcək
Maliyyə12:40
Kahramanmaraşda məktəbə silahlı hücum nəticəsində ölənlərin sayı 10-a çatıb
Region12:38
Matviyenko: Bakı və Moskva arasında münasibətlərin inkişafı üçün böyük potensial mövcuddur
Xarici siyasət12:35