Gideon Saar: Suriyada milli azlıq nümayəndəsi olmaq təhlükəlidir
Digər ölkələr
- 19 iyul, 2025
- 15:59
İsrailin xarici işlər naziri Gideon Saar Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaranın bəyanatına cavab olaraq Suriyada "milli azlıq nümayəndəsi olmağın təhlükəli" olduğunu bildirib.
"Report" xəbər verir ki, onun sözlərini “The Times of Israel” qəzeti sitat gətirib.
Qeyd edilib ki, nazir bunu əş-Şaranın Suriya hökumətinin ölkədəki digər millətlərin nümayəndələrini müdafiə edəcəyi barədə bəyanatına cavab olaraq deyib.
"Əş-Şara dövründə Suriyada azlıq nümayəndəsi - kürd, druz, ələvi və ya xristian olmaq çox təhlükəlidir. Bu, son altı ay ərzində dəfələrlə təsdiqlənib", - G.Saar bildirib.
O vurğulayıb ki, beynəlxalq ictimaiyyət "ölkədə azlıqların təhlükəsizliyini və hüquqlarının qorunmasını təmin etməyə borcludur".
Son xəbərlər
00:08
Rubio İranla danışıqlarda irəliləyiş olduğunu bildirib
Digər ölkələr00:01
Livanda iki İsrail əsgəri həlak olub
Digər ölkələr23:48
Foto
Rusiyanın İrana göndərdiyi humanitar yardım "Astara" stansiyasına çatıb
İnfrastruktur23:37
Yaxın Şərqdəki böhran səbəbindən Meksikada yanacaq qiymətləri artıb
Digər ölkələr23:23
Qrossi Buşehr AES-yə endirilən zərbələrlə bağlı narahatlığını ifadə edib
Digər ölkələr23:03
DÇ-2026: Rumıniyanı məğlub edən Türkiyə millisi pley-off finalına vəsiqə qazanıb
Futbol22:55
KİV: ABŞ-nin quru əməliyyatı ehtimalına qarşı İranda 1 milyondan çox döyüşçü səfərbər edilib
Region22:32
Kallas: Yaxın Şərqdəki vəziyyət diqqəti Ukraynadan yayındırmamalıdır
Digər ölkələr22:10