Fumio Kisida: ABŞ və Yaponiya Çinlə dialoqun davamını vacib hesab edir

Fumio Kisida: ABŞ və Yaponiya Çinlə dialoqun davamını vacib hesab edir ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kisida ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, Çin ilə dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.
Digər ölkələr
10 aprel 2024 22:25
Fumio Kisida: ABŞ və Yaponiya Çinlə dialoqun davamını vacib hesab edir

ABŞ Prezidenti Cozef Bayden və Yaponiyanın Baş naziri Fumio Kisida ölkələr arasında fikir ayrılıqlarına baxmayaraq, Çin ilə dialoqun davam etdirilməsinin vacibliyini bir daha təsdiqləyiblər.

"Report"un məlumatına görə, bunu Yaponiyanın Baş naziri Fumio Kisida ABŞ Prezidenti Cozef Baydenlə Ağ Evdə apardıqları danışıqların yekunlarına dair birgə mətbuat konfransında deyib.

"Biz ümumi problemlərdə Çinlə dialoqumuzu və əməkdaşlığımızı davam etdirməyin vacibliyini təsdiqlədik", - Kisida deyib.

ABŞ-də dövlət səfərində olan Baş nazir həmçinin qeyd edib ki, məsləhətləşmələr zamanı tərəflər “Tayvan boğazında sülh və sabitliyin” vacibliyini vurğulayıblar. Bundan əlavə, liderlər Şimali Koreya və nüvə silahları ətrafında vəziyyətə də toxunublar.

"Biz Çinlə dialoqumuzu davam etdirəcəyik və ümumi problemlərin həlli üçün əməkdaşlıq edəcəyik. Ardıcıl olaraq riayət etdiyim Yaponiyanın siyasəti Çinlə qarşılıqlı strateji münasibətlərimizi hərtərəfli inkişaf etdirmək, hər iki tərəfin səyləri ilə konstruktiv və sabit Yaponiya-Çin münasibətləri qurmaqdır", - Kisida əlavə edib.

Son xəbərlər

Orphus sistemi