FTB keçmiş vitse-prezident Pensin evində axtarış aparacaq

FTB keçmiş vitse-prezident Pensin evində axtarış aparacaq Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin İndiana ştatındakı evində axtarış aparmaq niyyətindədir.
Digər ölkələr
3 Fevral , 2023 04:14
FTB keçmiş vitse-prezident Pensin evində axtarış aparacaq
REUTERS / JONATHAN ERNST

Federal Təhqiqatlar Bürosunun (FTB) əməkdaşları yaxın günlərdə ABŞ-ın keçmiş vitse-prezidenti Maykl Pensin İndiana ştatındakı evində axtarış aparmaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, FTB Pensin evində “gizli” qeyd olunan hər hansı sənədi axtaracaq. Hazırda ABŞ Ədliyyə Nazirliyi keçmiş vitse-prezidentin hüquq komandası ilə axtarışın vaxtı ilə bağlı danışıqlar aparır.

Yanvarın sonlarında Pensin İndiana ştatının Karmel şəhərindəki evində gizli sənədlər aşkarlanıb. Sənədləri onun vəkili aşkar edib və materialları FTB-yə təhvil verib.

Son xəbərlər

Orphus sistemi