“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqlayıb

“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqlayıb “The Finacial Times”ın redaksiyası 2024-cü il üçün öz proqnozlarını tərtib edib.
Digər ölkələr
6 Yanvar , 2024 10:15
“The Finacial Times” 2024-cü illə bağlı proqnozlarını açıqlayıb

“The Finacial Times”ın redaksiyası 2024-cü il üçün öz proqnozlarını tərtib edib.

“Report” xəbər verir ki, nəşr Donald Trampın ABŞ prezidenti olmayacağını, Ursula fon der Lyayenin isə əksinə, yenidən Avropa Komissiyasının rəhbəri seçiləcəyini, İlon Maskın “X” sosial şəbəkəsinin müflis olacağını, Qərbin Ukraynanı maliyyələşdirməyə davam edəcəyini, İsraillə HƏMAS arasındakı müharibənin isə genişmiqyaslı regional münaqişəyə çevrilməyəcəyini proqnozlaşdırır.

FT-nin proqnozuna görə, Donald Tramp, birincisi, Cozef Baydenə qarşı ABŞ prezident seçkiləri tarixində ən çirkli kampaniyanı aparacaq, ikincisi, o, hər bir halda uduzacaq, çünki seçkidən əvvəl dörd məhkəmə prosesindən ən azı birində cinayətkarlıqda təqsirli bilinəcək.

İsraillə HƏMAS radikal qruplaşması arasındakı müharibə, nəşrin redaktorlarının fikrincə, genişmiqyaslı regional münaqişə ilə nəticələnməyəcək, çünki bunu nə ABŞ, nə də İran istəyir.

Nəşrin proqnozuna görə, İlon Maskın “X” sosial şəbəkəsi iflas etməlidir. Burada proqnozçular “X”-in reklam cəbhəsində çökəcəyini və yeni gəlir mənbələri cəlb etmək cəhdlərinin uğursuzluğa düçar olacağını nəzərə alıblar. Buna əsaslanaraq, Maskın şirkəti müflis elan edəcəyi güman edilir.

Son xəbərlər

Orphus sistemi