Fransua Olland Fidel Kastronun dəfnində iştirak etməyəcək

Fransua Olland Fidel Kastronun dəfnində iştirak etməyəcək Tədbirdə Fransanı energetika naziri Ruayal təmsil edəcək
Digər ölkələr
29 Noyabr , 2016 07:53
Fransua Olland Fidel Kastronun dəfnində iştirak etməyəcək

Bakı. 29 noyabr. REPORT.AZ/ Fransa prezidenti Fransua Olland Kubanın inqilabçı lideri Fidel Kastronun dəfn mərasimində iştirak etməyəcək.

"Report" xəbər verir ki, bu barədə Yelisey sarayındakı mənbəyə istinadən AFP məlumat yayıb.

Fransanı mərasimdə prezidentin Latın Amerikası ölkələri üzrə xüsusi elçisi Jan-Pyer Bel, həmçinin ətraf mühit və energetika naziri Seqolen Ruayal təmsil edəcək.

Fidel Kastro noyabrın 25-də 90 yaşında vəfat edib.

Son xəbərlər

Orphus sistemi