Fransanın xarici işlər naziri Sergey Lavrovla görüşü ləğv edib

Digər ölkələr
  • 23 fevral, 2022
  • 00:54
Fransanın xarici işlər naziri Sergey Lavrovla görüşü ləğv edib
Jan-İv Le Drian

Fransanın xarici işlər naziri Jan-İv Le Drian rusiyalı həmkarı Sergey Lavrovla görüşü ləğv edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə o özü jurnalistlərə bildirib.

"Görüş cümə gününə planlaşdırılmışdı. Amma daha yox", - fransalı nazir deyib.

Onun sözlərinə görə, Lavrovla danışıqlar yalnız Ukraynaya hücum olunmayacağı halda müzakirə edilmişdi.

Görüş fevralın 25-də Parisdə baş tutmalı idi.

Xatırladaq ki, 2022-ci ilin fevralın 21-də Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın Donbas ərazisində yaradılan iki qondarma respublikanı tanıdığını bildirib. O, bununla bağlı fərman imzalayıb.

Qərb ölkələri, o cümlədən Türkiyə və Gürcüstan Rusiyanın bu addımını pisləyib və bunun beynəlxalq hüquqa zidd olduğunu açıqlayıblar.

Azərbaycan daxil olmaqla, BMT üzvlərinin mütləq əksəriyyəti Krım yarımadası və Donbası Ukraynanın ərazisi olaraq tanıyır.