Fransanın keçmiş prezidenti: "Namizədliyimi irəli sürəcəyəm"

Digər ölkələr
  • 23 avqust, 2016
  • 10:30
Fransanın keçmiş prezidenti: Namizədliyimi irəli sürəcəyəm

Bakı. 23 avqust. REPORT.AZ/ Fransanın keçmiş prezidenti Nikolya Sarkozi 2017-ci ildə ölkəsində keçiriləcək prezident seçkisində namizədliyini irəli sürəcəyini elan edib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda o,"Twitter" səhifəsində yazıb.

"2017-ci ildə keçiriləcək prezident seçkisində namizədliyimi irəli sürəcəm", - deyə, o bildirib.

Qeyd edək ki, prezident seçkisi 2017-ci ilin yazında keçiriləcək. Bunun üçün onun namizədliyi paritya tərəfindən irəli sürülməlidir. 61 yaşlı siyasətçi 2012-ci ildə keçirilən seçkidə Fransanın hazırkı prezidenti Fransua Ollanda uduzmuşdu.

Nikolya Sarkozi 2007-ci il mayın 16-dan 2012-ci il mayın 15-dək Fransanın prezidenti olub.

Xatırladaq ki, N.Sarkozinin təmsil olunduğu "Xalq Hərəkatı uğrunda İttifaq" 2015-ci ilin mayından "Respublikaçılar Partiyası" adlanır.