Fransanın keçmiş büdcə naziri 3 il müddətinə azadlıqdan məhrum edilib

Fransanın keçmiş büdcə naziri 3 il müddətinə azadlıqdan məhrum edilib Prokurorluq bildirib ki, Jer Kayzuk nazir təyin olunan ərəfədə Sinqapurda şəxsi vəsaitini gizlədib
Digər ölkələr
8 Dekabr , 2016 16:00
Fransanın keçmiş büdcə naziri 3 il müddətinə azadlıqdan məhrum edilib

Bakı. 7 dekabr. REPORT.AZ/ Fransa məhkəməsi ölkənin keçmiş büdcə naziri Jer Kayuzakı vergidən yayındığı üçün 3 il müddətinə azadlıqdan məhrum edib.

“Report” xəbər verir ki, bu məlumatı “France 24” telekanalı yayıb.

Bildirilib ki, keçmiş nazirin vergidən yayınması ilə bağlı məhkəmə işi bu ilin sentyabrında başlayıb. Məsələ keçmiş nazirin həyat yoldaşı Patrisianın İsveçrə bankında gizli hesabının olması haqqında xəbər yayılandan sonra gündəliyə gəlib. Prokurorluq bildirib ki, Jer Kayzuk nazir təyin olunan ərəfədə Sinqapurda şəxsi vəsaitini gizlədib. O, əvvəllər bunu təkzib edib. 

Son xəbərlər

Orphus sistemi