Fransanın baş naziri: "Terrorçuların olduqları binalara hücum qərarını prezident qəbul edib"

Fransanın baş naziri: "Terrorçuların olduqları binalara hücum qərarını prezident qəbul edib" "Fransa terrorizmin görünməmiş səviyyəsi ilə qarşılaşıb"
Digər ölkələr
10 Yanvar , 2015 04:15
Fransanın baş naziri: Terrorçuların olduqları binalara hücum qərarını prezident qəbul edib

Bakı. 10 yanvar. REPORT.AZ/ Terrorçuların yerləşdikləri binalara hücum barədə qərar Fransa prezidenti Fransua Olland tərəfindən qəbul olunub.

"Report" AzərTAc-a istinadla xəbər verir ki, bu barədə Fransanın TF-1 televiziyasında çıxışı zamanı Baş naziri Manuel Vals məlumat verib. “Hücum haqqında qərarı prezident Baş nazir və daxili işlər naziri ilə birgə qəbul edib” – deyə Manuel Vals bildirib.

Hökumətin başçısı deyib ki, Fransa terrorizmin görünməmiş səviyyəsi ilə qarşılaşıb və ölkəyə qarşı yeni hücumların mümkünlüyünü istisna etmək olmaz. “Fransa terrorizmə qarşı əsl müharibə aparır və bu, ölkə qanunlarına ciddi əməl olunmaqla həyata keçirilir” – Baş nazir əlavə edib.

Bundan bir qədər əvvəl Fransa prezidenti Fransua Olland xalqa xüsusi müraciətində Parisdə insanların girov götürülməsi nəticəsində dörd nəfərin həlak olduğunu təsdiqləyib. O qeyd edib ki, hədəf təsadüfən seçilməyib və “bu, antisemitizm aktıdır”. Prezident, həmçinin fransızları bazar günü keçiriləcək respublika yürüşündə iştirak etməyə səsləyərək deyib: ”Mən orada olacağam”.

Son xəbərlər

Orphus sistemi