Fransada yük maşınında qanunsuz miqrantlar aşkarlanıb

Digər ölkələr
  • 06 iyul, 2020
  • 12:48
Fransada yük maşınında qanunsuz miqrantlar aşkarlanıb

Fransanın cənub-şərqindəki Var departamentində polis qonşu İtaliyadan gələn bir yük maşınında 11 nəfər qanunsuz miqrantı aşkar edib.

“Report” “FranceTVinfo”ya istinadən xəbər verir ki, onların İraq, Əfqanıstan və Pakistan mənşəli olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.