Fransada terrorda şübhəli bilinənlərə qarşı kəşfiyyat asanlaşacaq

Fransada terrorda şübhəli bilinənlərə qarşı kəşfiyyat asanlaşacaq Fransa parlamenti "asan casusluq” vasitələrindən istifadəni icazə verən qanunu qəbul edib
Digər ölkələr
6 May , 2015 05:09
Fransada terrorda şübhəli bilinənlərə qarşı kəşfiyyat asanlaşacaq

Bakı. 6 May. REPORT.AZ/ Fransa parlamenti ölkə kəşfiyyatına terrorda şübhəli bilinənlərə qarşı “asan casusluq” vasitələrindən istifadə icazəsi verən qanunu qəbul edib.

"Report" Azadlıq radiosuna istinadən xəbər verir ki, bu vasitələrə telefonların dinlənilməsi, habelə obyektlərə - mənzil və başqa yerlərə “böcəklər”in və gizli kameraların yerləşdirilməsi daxildir.

Prezident Fransua Olland bu qanunun qəbulu əleyhinə çıxsa da, parlamentin alt palatası sənədi böyük səs çoxluğu ilə (438-86) qəbul edib.

Yeni qanuna görə təhlükəsizlik orqanlarının rəhbər şəxsləri, casusluq vasitələrindən istifadə üçün hakimin qərarını almalı olmayacaqlar. Bunun əvəzində yenicə yaradılan məşvərət qurumuna müraciət etmək kifayət olacaq.

Qanunun narahatlıq yaradan bir müddəası da internet fəaliyyətinin izlənməsi ilə bağlıdır. 

Son xəbərlər

Orphus sistemi