Fransada təhlükəsizlik tədbirləri gücləndirilib

Fransada təhlükəsizlik tədbirləri gücləndirilib Təhlükəsizlik tədbirləri "ölkədəki terrorçuluq təhlükəsi ilə əlaqədar" gücləndirilib
Digər ölkələr
12 İyul , 2017 08:42
Fransada təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 12 iyul. REPORT.AZ/ Fransanın təhlükəsizlik qüvvələri Bastiliya qalasının alınması münasibətilə keçiriləcək hərbi paradla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətiriləcək.

"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, hərbi parad iyulun 14-də, Parisdə, Yelisey düzündə keçiriləcək. Bayram tədbirində ABŞ prezidenti Donald Tramp və Fransanın dövlət başçısı Emmanuel Makron iştirak edəcək.

Parisin polis rəisi Mişel Delpuex bildirib ki, bayram tədbirlərində asayişi 11 min polis və jandarm əməkdaşı qoruyacaq. Onun sözlərinə görə, bütün təhlükəsizlik qüvvələri iyulun 14-də paytaxtda növbə çəkəcəklər.

Delpuex qeyd edib ki, təhlükəsizlik tədbirləri "ölkədəki terrorçuluq təhlükəsi ilə əlaqədar" gücləndirilib.

Son xəbərlər

Orphus sistemi