​Fransada qatar qəzası nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

​Fransada qatar qəzası nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB Hadisə nəticəsində 60-a yaxın şəxs xəsarət alıb
Digər ölkələr
14 Noyabr , 2015 21:29
​Fransada qatar qəzası nəticəsində ölənlərin sayı 10-a çatıb - YENİLƏNİB

Bakı. 14 noyabr. REPORT.AZ/ Fransada sürət qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə “France Bleu Alsace” radiostansiyası öz “Twitter” mikrobloqunda yazıb.

Yüksəksürətli TGV qatarı sınaq reysi həyata keçirib. O, Strasburq yaxınlığında yerləşən Ekveşem şəhərində aşaraq çaya düşüb.

Qəza yerində xilasedicilər işləyir. Zərərçəkənlər və ölənlərin cəsədləri vertolyotlar vasitəsilə təxliyə edilir.

20:31

Fransada sınaq qatarı relsdən çıxıb.

“Report” xəbər verir ki, qatarda texniki heyət olub, beş nəfər ölüb, daha 60-a yaxın şəxs xəsarət alıb.

Yerli KİV yazır ki, ilkin məlumatlara görə, qəza sürət həddini aşma səbəbindən baş verib.

Qəza Strasburq yaxınlığında yerləşən Ekveşem şəhərində qeydə alınıb. Hadisə yerinə “təcili yardım” maşınları cəlb olunub.

Son xəbərlər

Orphus sistemi