Fransada polis əməkdaşı xəstəxanada iki nəfəri öldürüb

Fransada polis əməkdaşı xəstəxanada iki nəfəri öldürüb O, hadisədən sonra özünə qəsd edib
Digər ölkələr
7 Avqust , 2017 05:37
Fransada polis əməkdaşı xəstəxanada iki nəfəri öldürüb

Bakı. 7 avqust. REPORT.AZ/ Fransanın Tulon şəhəri polisinin kriminal şöbəsinin qısqanc əməkdaşı xəstəxanada arvadının sevgilisi də daxil olmaqla, iki nəfəri öldürüb.

"Report" xəbər verir ki, bu barədə "Parisien" məlumat yayıb.

Məlumatda qeyd olunur ki, hadisə bazar günü gecə baş verib. Nəşrin məlumatına görə, polis əməkdaşı xəstəxanada olub, lakin onun üstündə xidməti silah olub. O, hadisədən sonra özünə qəsd edib.

Polis əməkdaşının həyat yoldaşı hadisə vaxtı həmin yerdə olmayıb.

Son xəbərlər

Orphus sistemi