Fransanın paytaxtı Parisin Gare du Nord meydanında naməlum şəxs kütləyə bıçaqla hücum edib, azı 6 nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, yaralananlar arasında polis əməkdaşı da var.
BFM telekanalı polis əməkdaşlarının həmin şəxsi saxlamaq üçün odlu silahdan istifadə etdiyini açıqlayıb.
Telekanalın məlumatına görə, qatarların hərəkəti dayandırılıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, onlar hadisənin başvermə şəraitini və motivlərini araşdırır.
Fransanın paytaxtı Parisin şimal vağzalında naməlum şəxs bir neçə nəfəri bıçaqla yaralayıb.
“Report” xəbər verir ki, bu barədə “France Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Cinayətin motivi hələ məlum deyil.