Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar

Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar Aksiya zamanı polis 13 nəfəri saxlayıb
Digər ölkələr
113
16 Oktyabr , 2016 20:28
Fransada minlərlə insan eynicinsli nikahlara qarşı etiraz aksiyasına çıxıblar

Bakı. 16 oktyabr. REPORT.AZ/ Fransada minlərlə insan ənənəvi ailə modelinə dəstək aksiyası keçiriblər. “Report” Frans Press agentliyinə istinadən xəbər verir ki, polisin verdiyi məlumata görə, 23-24 min insan küçələrə axışaraq eynicinsli nikahlara etirazını bildirib.

Aksiya zamanı polis 13 nəfəri saxlayıb. Onlardan 6 nəfər FEMEN hərəkatının aktivistləri olublar. Aksiya zamanı həmin şəxslərin soyunduqları bildirilir. Daha 7 nəfər isə qanunsuz silah gəzdirdikləri üçün saxlanılıblar.

Son xəbərlər

Orphus sistemi