Fransada meşə yanğınları hava keyfiyyətini ciddi şəkildə pisləşdirib

Digər ölkələr
  • 29 iyul, 2026
  • 00:59
Fransada meşə yanğınları hava keyfiyyətini ciddi şəkildə pisləşdirib

Fransanın cənub-qərbində meşə yanğınları səbəbindən havanın keyfiyyəti pisləşib.

"Report" xəbər verir ki, bu barədə yerli "Le Figaro" qəzeti məlumat yayıb.

Yeni Akvitaniya regionunda müəyyən edilmiş göstəricilərin ciddi şəkildə aşılması qeydə alınıb.

"Dörd departamentdə - Jironda, Land, Dordon və Lo və Qaronnada - xırda dispersli hissəciklərlə çirklənmənin hədd göstəriciləri artırılıb", - məqalədə bildirilib. Nəşr dəqiqləşdirib ki, təbii yanğınların öhdəsindən gəlməyin mümkünsüzlüyü, eləcə də tüstünün konsentrasiyasına şərait yaradan meteoroloji şərtlər səbəbindən havanın keyfiyyəti aşağı düşməkdə davam edir.

Yerli sakinlər şikayət ediblər ki, boğulma və gözlərdə yanğı hissi yaradan tüstüdən əziyyət çəkirlər.

Daha əvvəl xəbər verilmişdi ki, Fransada tüğyan edən yanğın son yarım əsrdə ən böyük fəlakət olub.