Yuxarı

Fransada ildırım sərnişin qatarlarının qrafikində dəyişikliyə səbəb olub

Təbiət hadisəsinin nəticələri bir neçə saatdan sonra aradan qaldırılıb, qrafikdə gecikmə 2-5 saat təşkil edib

Bakı. 4 avqust. REPORT.AZ/ Fransada Paris-Bordo xəttində bir neçə sərnişin qatarı Rüffek şəhəri ərazisində kontakt şəbəkəyə ildırım düşməsi nəticəsində qrafikdən geri qalıb. Bu barədə "Report" TASS-a istinadən xəbər verir. 

Hərəkət hər iki istiqamətdə dayandırılıb. Təbiət hadisəsinin nəticələri bir neçə saatdan sonra aradan qaldırılıb və hərəkət bərpa olunub. Qrafikdə gecikmə 2-5 saat təşkil edib.

Respublika paytaxtını Atlantik sahili ilə birləşdirən həmin dəmiryolu xətti yay məzuniyyətləri dövründə ən gərgin rejimdə işləyən xətdir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi